
Qırğız Respublikasının Joqorku Keneşinin (Parlament – Qeyd) sədri Nurlanbek Şakiyev istefa verib.
Primeinfo.az-ın məlumatına görə, bu barədə “Report” Qırğız mətbuatına istinadən xəbər verir.
“Ölkədə baş verən siyasi hadisələri nəzərə alaraq, bir və ya iki şəxsə xidmət etmədiyimi deməyi zəruri hesab edirəm; mən xalqa, dövlətə və parlamentə xidmət edirəm. Könüllü olaraq istefa vermək qərarına gəldim. Bu, mənim xarici təzyiq olmadan verilən şəxsi qərarımdır”, – Nurlanbek Şakiyev vəzifəsindən ayrılarkən bildirib.