Xəbər axtarın

Son axtarış nəticələri:

"Region yeni böhranlara tab gətirə bilməyəcək" – Fuad Oktay

24.02.2026 18:55

İran və ABŞ arasında gərginlik diplomataiyanın vacibliyini göstərir. 

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Türkiyə Respublikası Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktay bildirib.

Komitə sədri bildiirb ki, İran Azərbaycan və Türkiyənin qonşusudur və İran və ABŞ arasında yaşanan gərginlik deeskalasiya və diplomatiyanın vacibliyini son hadisələrdən sonra bir daha göstərdi.

“Türkiyə ABŞ–İran danışıqlarını dəstəkləyir və regionun yeni böhranlara tab gətirə bilməyəcəyini düşünərək dialoq yolunu ən doğru yol hesab edir”.

O həmçinin Rusiya–Ukrayna müharibəsi məsələsində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini və münaqişənin yalnız diplomatik yollarla həllinin mümkün olduğunu düşündüyünü bildirib. Dayanıqlı atəşkəs və sülh region üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb.

“İsrail–Fələstin məsələsinə gəldikdə isə inanırıq ki, Yaxın Şərqdə uzunmüddətli sülh yalnız ədalətə əsaslanan iki dövlətli həll yolu ilə mümkündür. Mövcud təşəbbüslər qaçırılmamalı olan bir fürsətdir. Türkiyə bu prosesə konstruktiv töhfə verməyə davam edir.

Suriyada isə mərkəzi hökumət çərçivəsində vahid və inklüziv siyasi həllin formalaşdırılması vacibdir. Terror təhlükəsinin aradan qaldırılması, qeyri-sabitliyin qarşısının alınması Türkiyə üçün əsas prioritetlərdəndir və bu istiqamətdə səylər davam etdirilir” – o qeyd edib.

Paylaş: