Xəbər axtarın

Son axtarış nəticələri:

Saymon Stil Azərbaycana təşəkkür edib

12.02.2026 22:40

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Azərbaycana təşəkkür edib.

Primeinfo.az APA-ya istinadla bildirir ki, Saymon Stil COP31-ə hazırlıq çərçivəsində İstanbulda keçirilən mətbuat konfransında çıxışı zamanı COP29-a sədrlik etmiş Azərbaycana və COP30-a sədrlik etmiş Braziliyaya təşəkkürünü bildirib.

O, Antalyada keçiriləcək COP31-in də səmərəli olacağını vurğulayıb:

“Aydındır ki, Antalyada keçiriləcək COP31 fövqəladə bir dövrdə baş tutacaq. Biz yeni bir qlobal nizamsızlıq mühitinin içərisindəyik. Bu, qeyri-sabitlik və etimadsızlıq, güc nümayişlərinin və ticarət müharibələrinin yaşandığı bir dövrdür.

Beynəlxalq əməkdaşlıq anlayışı birbaşa hücum altındadır. Lakin iqlim tədbirləri qeyri-sabit dünyaya sabitlik gətirə bilər”, – Saymon Stil qeyd edib.

Paylaş: