Xəbər axtarın

Son axtarış nəticələri:

Şəkidə kollec rəhbərləri maarifləndiriliblər - FOTO

09.02.2026 20:00

Şəkidə kollec rəhbərləri üçün maarifləndirici təlim keçirilib.

Bu barədə Primeinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzindən məlumat verilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən təlimdə 16 orta ixtisas təhsili müəssisəsinin rəhbəri iştirak edib.

Təlim zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunmasının əhəmiyyəti, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Eyni zamanda, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər, əməyin mühafizəsi mədəniyyətinin formalaşdırılması, təhlükəsiz əmək mühitinin yaradılması və hüquqi biliklərin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Təlim interaktiv formatda davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılar keçirilən mövzular üzrə imtahan edilib və nəticələrinə uyğun olaraq qiymətləndirilib.

Paylaş: