Xəbər axtarın

Son axtarış nəticələri:

Ukraynada həlak olan azərbaycanlı "Saxa" ilə vida mərasimi keçirilib - VİDEO

12.02.2026 12:00


Ukrayna ordusunun tərkibində müharibəyə qoşulan və 2 gün öncə həlak olan Azərbaycan vətəndaşı Saleh İsmayılovla Kiyevdə vida mərasimi keçirilib.

Primeinfo.az-ın məlumatına görə, “Saxa” ləqəbli hərbçi ilə vida mərasimində onun yaxınları, dostları və diaspor nümayəndələri iştirak ediblər.

Onlar “Saxo” ilə bağlı xatirələrini bölüşüblər, ona son ehtiramlarını bildiriblər.

Xatırladaq ki, Saleh İsmayılov Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən döyüşlərə qoşulub və qaynar nöqtələrdəki hərbi əməliyyatlarda iştirak edib. Bir müddət əvvəl ağır yaralanan hərbçinin xəsarətləri daha sonra onkoloji mərhələyə keçib və vəziyyəti daha da ağırlaşıb.

Müalicəsinə başlanılan döyüşçünün həyatını xilas etmək mümkün olmayıb.

 

Paylaş: