Xəbər axtarın

Son axtarış nəticələri:

Kallas: İranın dron hücumları qəbuledilməzdir, Aİ Azərbaycanla tam həmrəydir

05.03.2026 18:48

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib.

Primeinfo.az xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb.

“İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir. Bu hücumlar İran tərəfindən gərginliyin daha da artırılmasıdır və müharibənin Yaxın Şərqdən kənara yayılması ehtimalını artırır.

Mən bu məsələ ilə bağlı xarici işlər naziri Ceyhun Bayramov ilə əlaqə saxladım və Avropa İttifaqının Azərbaycan hökuməti və xalqı ilə tam həmrəy olduğunu vurğuladım”, – o vurğulayıb.

Paylaş: