Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın mədəniyyət və kulinariya nümunələri Batumidə - FOTO

24.03.2026 21:09

Novruz bayramı münasibətilə Gürcüstanın Batumi şəhərində mədəni tədbir keçirilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndəlıri, azərbaycanlı iş adamları, tələbələr, xarici qonaqlar iştirak ediblər.

Tədbirdə iştirak edən Azərbaycanın Əməkdar artisti Səbinə Babayeva milli musiqi nümunələri, xalq və bəstəkar mahnıları ifa edib.

Baş konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar günü” məktəbinin yetirmələri maraqlı kompozisiyalar təqdim ediblər.

Tədbir iştirakçılarına ölkəmizin musiqi və kulinariya ənənələrini yaxından tanımaq imkanı yaradılıb. Qonaqlara zəngin Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

Paylaş: