Xəbər axtarın

Son axtarış nəticələri:

BDU-nun daha bir müəllimi vəfat etdi

31.03.2026 12:23


Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Möhübbət Nəcəfli vəfat edib.

Primeinfo.az xəbər verir ki, bu barədə BDU-nin Mətbuat xidmətindən bildirilib.

Möhübbət Hümbət oğlu Nəcəfli 22 noyabr 1962-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olub. 1984-1989- illərdə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib,

Əmək fəaliyyətinə AMEA-nın “BİOTEX” EİB-nin birliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb. 1993-2016-cı illərdə BDU-nun Biologiya fakültəsinin nəzdindəki “Biotexnologiya” ETL-də elmi işçi, 2007-ci ildən “Gənc İstedadlar” liseyində müəllim, 2016-cı ildən Biologiya fakültəsinin Həmkarlar təşkilatının sədri, 2016- 2020-ci illər ərzində Bitki fiziologiyası kafedrasında müəllim işləyib.

2016-cı ildən həm də Genetika kafedrasında müəllim kimi fəaliyyət göstərirdi.

Bu gün BDU-nun Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova da vəfat edib.

Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi.

Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.

BDU rəhbərliyi və kollektivi Zara Məmmədovanın ailəsinə və yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

Paylaş: