Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə edib

05.03.2026 17:02

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Primeinfo.az xəbər verir ki, nazirlər İranın Azərbaycana dron hücumlarını müzakirə edib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

Paylaş: