Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Naxçıvana dron hücumunu pisləyib

05.03.2026 21:45

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Naxçıvan Muxtar Respublikasına dron hücumunu qınadıqlarını bildirib.

Primeinfo.az-ın xəbər verir ki, Ərdoğan bu barədə açıqlamasında deyib.

“İlham qardaşıma Naxçıvan Muxtar Respublikasını hədəf alan bugünkü hücumdan böyük üzüntü duyduğumuzu və bu hücumu qınadığımızı bildirdim”, – deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, regionda daha çox qan tökülməməsi, günahsız insanların həyatını itirməməsi və gərginliyin geri dönülməz həddə çatmaması üçün çoxşaxəli diplomatik fəaliyyət davam etdirilir.

Paylaş: