Xəbər axtarın

Son axtarış nəticələri:

Fransa səfiri: "İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır"

05.03.2026 17:30

Fransa səfiri Sofi Laqut İranın Azərbaycana dron hücumunu pisləyib.

Primeinfo.az xəbər verir ki, diplomat bu barədə X-də paylaşım edib.

“İranın bu gün günorta saatlarında Naxçıvana qarşı həyata keçirdiyi dron hücumları Azərbaycanın təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı qəbuledilməz bir addımdır. Bu regional sabitliyi pozan hərəkəti və beynəlxalq hüququn pozulmasını qətiyyətlə pisləyirəm. Düşüncələrim və həmrəyliyim bu hadisədən zərər çəkmiş əhali ilə, xüsusilə də təəssüf ki, yaralanmış 4 nəfərlədir. Onların tezliklə sağalmasını arzulayıram”, – səfir qeyd edib.

Paylaş: