
“Güney Azərbaycan türklərinin bu məsələyə əsasən iki baxışı var. Bir hissə hesab edir ki, Güney Azərbaycan ayrılıb Quzey Azərbaycanla birləşməlidir və bütöv Azərbaycan olmalıdır. Yaxud birləşməsə belə, orada Güney Azərbaycan türk cümhuriyyəti qurulmalıdır və biz tədricən birləşmə mexanizmləri üzərində düşünməliyik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib:
“Lakin başqa bir hissə isə hesab edir ki, İran bir türk dövlətidir. İranın parçalanması, min illər boyu qoruduğumuz, qurduğumuz dövlətin dağıdılması bizim milli maraqlarımıza uyğun deyil”.
O əlavə edib ki, İran türk dövlətidir və yenidən türklərin idarə edəcəyi bir dövlətə çevrilməlidir.
Davamı “Qırmızı masa”da: