Xəbər axtarın

Son axtarış nəticələri:

İran bu halda Hörmüzü tamamilə bağlayacaq – XƏBƏRDARLIQ

22.03.2026 21:20


“ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, Hörmüz boğazını tamamilə bağlayacağıq”.

Primeinfo.az  “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari bəyan edib.

“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidlərini həyata keçirməsi halında dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və dağıdılmış elektrik stansiyaları bərpa olunmayana qədər açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş hücumlara məruz qalacaq”, – bəyanatda deyilir.

Paylaş: