Xəbər axtarın

Son axtarış nəticələri:

İran komandanının ölümü TƏSDİQLƏNDİ

30.03.2026 13:59

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsirinin həlak olduğunu təsdiqləyib.

Primeinfo.az xəbər verir ki, bu barədə TASS İranın dövlət teleradio şirkətinə istinadən məlumat yayıb.

“Kontr-admiral Əlirza Təngsiri ölümcül xəsarətlər alıb”, – SEPAH-ın bəyanatında deyilir.

Qeyd edək ki, martın 26-da İsrailin müdafiə naziri İsrael Kats və Pentaqonun rəhbəri Pit Heqset Təngsirinin öldürüldüyünü bildirmişdi.

Paylaş: