
“İranın gələcək taleyi ilə bağlı müxtəlif ehtimallar mövcuddur. Lakin təəssüf ki, ən böyük ehtimal İrandakı etnik münaqişələrin alovlanmasıdır. Məncə, İranda vətəndaş müharibəsi qaçılmazdır. Çünki təkcə kürdlər deyil, ərəblər də, bəluclar da hazırlaşır. Sadəcə, İran dövlətinin tarixinə baxanda görürük ki, dövlətin dayaqları hər zaman türklər olub”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Bu hadisələrdən sonra İran SSRİ-nin 1986-cı illərindəki vəziyyəti kimi olacaq. Hansı yolla gedəcək, ondan sonra bilinəcək”, – o əlavə edib.
Davamı “Qırmızı masa”da: