Xəbər axtarın

Son axtarış nəticələri:

İsmayıllıda dəhşətli qəza: Biri 3 yaşlı qız olmaqla 2 nəfər ÖLDÜ

31.03.2026 12:00


İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Priminfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində vəfat edib.

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb. Qəzaya düşənlər Qəbələ rayonunun Yenikənd kənd sakinləridir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş: