Xəbər axtarın

Son axtarış nəticələri:

Məhkəmə ekspertizası xidmətlərinə görə ödənilən haqqın məbləği təsdiqlənib

31.03.2026 15:25

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib.

Primeinfo.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği

Sıra

№-si

 

Məhkəmə ekspertizası

 

Haqqın məbləği (manatla)

1. Məhkəmə-xətşünaslıq ekspertizası 200
2. Məhkəmə-müəllifşünaslıq ekspertizası 200
3. Sənədlərin məhkəmə-texniki ekspertizası 240
4. Audio və videoyazıların məhkəmə ekspertizası 300
5. Məhkəmə-linqvistik ekspertizası 200
6. Məhkəmə-trasoloji ekspertizası 200
7. Məhkəmə-ballistik ekspertizası 200
8. Məhkəmə partlayış-texniki ekspertizası 300
9. Məhkəmə-portret ekspertizası 240
10. Məhkəmə-fototexniki ekspertizası 240
11. Materialların məhkəmə ekspertizası 240
12. Məhkəmə-bioloji ekspertizası 200
13. Məhkəmə maliyyə-mühasibat ekspertizası 300
14. Məhkəmə-əmtəəşünaslıq ekspertizası 200
15. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası 240
16. Məhkəmə texniki-təhlükəsizlik ekspertizası 200
17. Məhkəmə tikinti-texniki ekspertizası 300
18. Məhkəmə yerquruluşu ekspertizası 300
19. Məhkəmə kompüter-texniki ekspertizası 300
20. Məhkəmə-sənətşünaslıq ekspertizası 200
21. Məhkəmə-psixoloji ekspertizası 200

 

22. Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası 200
23. Kontrafakt məhsulların məhkəmə ekspertizası 200
24. Məhkəmə-daktiloskopik eskpertizası 200
25. Məhkəmə-tibbi ekspertiza (meyitin müayinəsi) 300
26. Məhkəmə-tibbi ekspertiza (ekshumasiya ilə meyitin müayinəsi) 500
27. Məhkəmə-tibbi ekspertiza

(sənədlər əsasında meyitin müayinəsi)

150
28. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası 300
29. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında) 135
30. Məhkəmə tibbi-psixoloji ekspertiza 200

(1 gün üçün)

31. Məhkəmə-psixiatrik ekspertiza 200

(1 gün üçün)

32. Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə) 120
33. Məhkəmə-tibbi sitoloji ekspertiza 80
34. Məhkəmə molekulyar-genetik ekspertiza 2000
35. Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə) 250
36. Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə) 100
37. Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə) 300
38. Məhkəmə tibbi-rentgeneoloji ekspertiza 100
39. Məhkəmə tibbi-arxeoloji ekspertiza 150

Qeydlər:

  1. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
    1. ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
    2. əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
    3. təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
    4. kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
    5. komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.
  2. Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.
  1. Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.
  2. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
  3. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
Paylaş: