
“İranın Pakistanla da münasibətləri zaman-zaman gərginləşir. Artıq neçə dəfə bəyan edilib ki, İran Səudiyyə Ərəbistanına zərbələr endirsə, Pakistan İrana cavab addımları haqda düşünəcək. Çünki Səudiyyə Ərəbistanı Pakistanın strateji müttəfiqidir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik sahəsində də öhdəlik var:
“Pakistan görür ki, sən Azərbaycana, Türkiyəyə, Səudiyyə Ərəbistanına dron atırsan. Bu ölkələrin hər biri Pakistanın strateji müttəfiqidir”.
Davamı “Qırmızı masa”da: