
“Hazırkı vəziyyətdə Rusiyanın özünə kömək edən lazımdır. Təbii ki, Ukrayna tərəfindən belə bir bəyanat verilə bilər. Söhbət hansı miqyasdan gedir? Rusiya qoşun göndərərsə, neçə nəfər göndərəcək və hansı yolla göndərəcək? İranın səması bağlıdır, Xəzər dənizi istiqamətində Rusiya gəmilərinin İrana yan alması isə mümkünsüzdür. Bu indiki vəziyyət üçün real görünmür”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Zelenski Rusiya və İran arasındakı hərbi əməkdaşlığın artıq yeni, daha təhlükəli mərhələyə qədəm qoyduğunu və Moskvanın Tehrana dəstək üçün canlı qüvvə göndərə biləcəyini vurğulayıb.
Davamı “Qırmızı masa”da: