Xəbər axtarın

Son axtarış nəticələri:

201 minə yaxın vəsait işçilərə ödənilib, 44 nəfər işinə bərpa olunub

07.04.2026 15:56

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 min 742 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Ödənilən vəsaitlərin 87 faizi əməkhaqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı DƏMX 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Paylaş: