Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-lə İsrail İranın Xark adasına hücum etdi

07.04.2026 15:31

Amerika–İsrahil koalisiyası İranın Xark adasına bir neçə hücum həyata keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr”Agentliyi məlumat yayıb.

Adanın konkret hansı obyektlərinin hücuma məruz qaldığı isə açıqlanmayıb

Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, əgər Amerika ordusu “qırmızı xətləri” keçərsə, cavab regiondan kənara çıxacaq.

Aprelin 8-nə keçən gecə ABŞ prezidenti Donald Trampın İran üçün Hörmüz boğazını açmaq məqsədilə müəyyən etdiyi müddət başa çatır. Tramp bildirib ki, İranla “bir gecəyə işi bitirmək olar” və “o gecə artıq qarşıdakı gecə ola bilər” (yəni 7-dən 8 aprelə keçən gecə).

Xark adası Fars körfəzinin şimal hissəsində, Buşehr vilayətinin sahillərindən təxminən 25–30 km məsafədə, Hörmüz boğazının şimal-qərbində yerləşir. Onun sahəsi təxminən 20 kvadrat kilometr, uzunluğu 8 km, əhalisi isə təxminən 8 min nəfərdir.

Xark İranın əsas ixrac mərkəzidir: burada yerləşən terminal vasitəsilə ölkənin neft ixracının 90%-i həyata keçirilir. Neft ən böyük yataqlardan boru kəmərləri ilə buraya çatdırılır, adadakı infrastruktur isə supertankerlərin yüklənməsinə imkan verir və 30 milyon barelə qədər xam neftin saxlanmasına şərait yaradır. Bu kompleks 1960-cı illərdə İran Milli Neft Şirkəti tərəfindən Amerikanın Amoco şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb; 1979-cu il İslam inqilabından sonra isə Amerika aktivləri milliləşdirilib.

“The Wall Street Journal” yazıb ki, Vaşinqton Hörmüz boğazını açmaq üçün İranın cənub sahilləri yaxınlığındakı bir və ya bir neçə adanı, o cümlədən Xarkı ələ keçirmək məqsədilə dəniz piyadalarını cəlb edə bilər. Bu adanın mümkün ələ keçirilməsi barədə “Axios” portalı da məlumat yayıb.

Paylaş: