
İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi vəziyyətə nəzarət edir və atəşkəslə bağlı qərarı şəxsən özü verib.
Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Həkim İlahi TASS-a açıqlamasında deyib.
“Ali Rəhbərdə hər şey qaydasındadır, hər şey onun nəzarəti altındadır. O, ofisinə gəlir, rəsmilərlə – prezident və parlament üzvləri ilə görüşlər keçirir. Atəşkəslə bağlı qərar ona məxsusdur. Ümid edirik ki, çox tezliklə o çıxış edəcək və birbaşa xalqa müraciət edəcək”, – Ə.İlahi deyib.
”, – nümayəndə bildirib.
Qeyd edək ki, bundan əvvəl Qərb mətbuatında Müctəba Xamneyinin ağır yaralandığı və komada olduğu barədə xəbərlər yayılıb.