Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası dostluq qrupunun sədrləri Bakıda Zəfər Tağında - FOTO

10.04.2026 14:47

Azərbaycan-Türkiyə-Şimali Kipr parlamentlərarası dostluq qrupunun sədrləri və üzvləri Zəfər Tağını ziyarət ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “X” hesabında paylaşım edib.

“Bu abidə Qarabağda qazanılan böyük qələbəni, əziz şəhidlərimizin fədakarlığını və millətimizin sarsılmaz iradəsini simvolizə edir.Şəhidlərimizi mərhəmət və minnətdarlıqla xatırlayır, qardaş Azərbaycan xalqının ədalətli mübarizəsini bir daha hörmətlə qarşılayırıq”, – deyə o əlavə edib.

Nümayəndə heyəti həmçinin Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Paylaş: