Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - ADY

01.04.2026 15:18

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Primeinfo.az-a verilən məlumata görə, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş: