
Bakı-Balakən-Bakı qatar marşrutu üzrə gecə reysinə yeni dayanacaqlar əlavə edilib. Bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.
Primeinfo.az-a bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.
Yeni dayanacaqların istifadəyə verilməsindən sonra hərəkət qrafiki də yenilənib: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
