Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda cibgirlik edən şəxs saxlanıldı

01.04.2026 19:55

Bakıda polis cibgirlik əməllərində şübhəli bilinən 64 yaşlı əvvəllər məhkum olunmuş Taləddin Əhmədovu saxlayıb.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onun Nizami və Sabunçu rayonlarında iki nəfərin çantasından ümmumilikdə 1717 manat, bank kartları və sənədlər olan pul kisəsini əl keçirdiyi məlum olub. Həmin şəxsin törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: