
Türkiyənin Muğla bölgəsinin Bodrum akvatoriyasında qaçaq (qeyri-qanuni) mühacirləri daşıyan rezin qayığın batması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Xidmətinin komandanlığı məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Bodrum sahillərində miqrantları qanunsuz daşıyan çoxsaylı sürətli rezin qayıq aşkar edilib və hadisə yerinə Sahil Mühafizəsi Xidmətinin gəmisi göndərilib:
“Vizual və səsli xəbərdarlıqlara baxmayaraq, qayıq yüksək sürətlə ərazidən uzaqlaşmağa çalışıb. Bütün xəbərdarlıqlara məhəl qoymayan nəqliyyat vasitəsi dayanmayıb və dənizdə pis hava şəraiti səbəbindən batıb.
Əraziyə helikopter və üç qayıq göndərilib. Axtarış-xilasetmə əməliyyatları nəticəsində 21 nəfər xilas edilib, 18 qaçaq mühacirin meyiti sudan çıxarılıb”.
Hadisə yerində hava və quru yolu ilə axtarış-xilasetmə əməliyyatları davam edir.