Xəbər axtarın

Son axtarış nəticələri:

Dağıstanda daşqınlar zamanı ölənlərin sayı 6-ya çatdı

07.04.2026 18:42

Son 3 gündə Dağıstanda daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Primeinfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xilasedicilər bölgənin Dərbənd rayonunun Mamedqala kəndində bir qadının cəsədini aşkar ediblər. Bununla da respublikada daşqınlar nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bu kənd həftəsonu güclü yağışlar nəticəsində baş verən bəndin dağılması nəticəsində ən çox zərər çəkən kəndlərdən biri olub. Orada ən azı iki nəfər – 12 yaşlı qız və hamilə qadın ölüb.

Paylaş: