
“Kim istisna edə bilər ki, bu gün Hörmüz boğazında Rusiyanın sualtı qayığı yoxdur? Mən bunu əvvəl də demişəm ki, var. Ola bilər ki, bir qədər kənardadır, döyüş əməliyyatlarından qıraqdadır. Rusiya hazırda Ukrayna ilə savaşda sualtı qayıqdan istifafə etmir və donanma tamamilə sərbəstdir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Rusiyanın proseslərə müdaxilə etmək niyyəti olmasa da, prosesləri müşahidə etmək, dəyərləndirmək, baş verən hadisələri izləmək və s. kimi vəzifələr yerinə yetirə bilər.
Davamı “Qırmızı masa”da: