Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyevdən qeyri-filiz faydalı qazıntı yataqları ilə bağlı SƏRƏNCAM

07.04.2026 17:15

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair Qaydalar təsdiqlənib.

Primeinfo.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Qaydalar “Yerin təki haqqında” qanuna əsasən hazırlanıb və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması və bu Qaydalara əsasən müəyyən edilmiş keçid dövründə qeyri-filiz faydalı qazıntı yataqlarından istifadənin tənzimlənməsinin müvəqqəti qaydalarını müəyyən edir.

Bu Qaydaların əsas məqsədi qeyri-filiz faydalı qazıntı yataqlarından səmərəli istifadənin təmin edilməsi, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin bu sahədə münasibətləri tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, o cümlədən onlar tərəfindən yer təkindən istifadə və onun mühafizəsi sahəsində müəyyən edilmiş tələblərə dürüst əməl olunması, təhlükəsiz iş şəraitinin yaradılması, eləcə də ətraf mühitin və təbii landşaftın mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi və digər kompleks tədbirlərin həyata keçirilməsidir.

Paylaş: