Xəbər axtarın

Son axtarış nəticələri:

Krımda hərbi təyyarə qəzası - 3o nəfər ölüb

01.04.2026 12:00

Krımda hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb, ölənlərin sayı 30-a çatıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsinin An-26 qəzası ilə bağlı cinayət işi açılması barədə açıqlamasında bildirilib ki, təyyarədə yeddi heyət üzvü və 23 sərnişin olub.

Daha əvvəl Müdafiə Nazirliyi altı heyət üzvü və 23 sərnişinin ölümü barədə məlumat yayıb.

Qeyd edək ki, martın 31-də axşam saatlarında Krımın hava məkanında Rusiya MN-nin An-26 hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib. Daha sonra təyyarənin qayaya çırpılaraq qəzaya uğradığı bildirilib.

Paylaş: