
Masallıda evdə yanğın olub.
Primeinfo.az Unikal-a istinadən xəbər verir ki, hadisə bu gün səhər Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində baş verib. Yanğın zamanı evdə olan azyaşlı 2024-cü il təvəllüdlü Məhərrəm Məmmədzadə və onun babası, 1967-ci il təvəllüdlü Camaləddin Abdullayev ölüb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Qızılağac kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin tərəfindən bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın söndürülüb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.







