
Cəlilabadda Müsavat Partiyasının Məclis üzvü, 44 günlük Vətən müharibəsində şəhid olmuş Tofiq Əmirlinin atası Şəmsəddin Əmirli uzun sürən xəstəlikdən sonra vəfat edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı İsa Qəmbər sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, Şəmsəddin Əmirli ömrünü əqidəsinə sadiq yaşayan, Müsavat ideyalarına bağlı, ölkəmizdə demokratiya və azadlıqlar uğrunda mübarizədə fəal iştirak edən dəyərli müsavatçılardan biri olub:
“O, həm də uzun illər müəllim və pedaqoq kimi çalışaraq gənc nəslin yetişməsində böyük xidmətlər göstərib.
Şəmsəddin bəy eyni zamanda, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidimiz Tofiq Əmirlinin atası kimi böyük bir mənəvi yükü ləyaqətlə daşıyan, səbirli və mərd insan idi.
Onun vəfatı Müsavat ailəsi üçün ağır itkidir.
Mərhumun ailəsinə, yaxınlarına və bütün müsavatçılara dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm. Ruhu şad olsun”.
Qeyd edək ki, şəhid Tofiq Əmirli Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsində xidmət edib.
Ölümündən sonra “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Fotoda: Şəhid Tofiq Əmirli:
