Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış keçmiş hakimin vəzifəli oğlu 39 yaşında vəfat etdi - FOTO

10.04.2026 15:00

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İT və Rəqəmsallaşma departamentinin rəisi Zabil Vəfaddin oğlu İbayev 39 yaşında vəfat edib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 39 yaşında vəfat edən Zabil İbayev xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Bildirilib ki, Zabil İbayev ailəli olub, bir övladı var. Zabil İbayevin atası Vəfaddin İbayev Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavinidir. O, Ali Məhkəmənin keçmiş hakimidir.

O, “Azəriqaz” İB-də əmək fəaliyyəti dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 08.08.2024-20.04.2025-ci İllərdə idarəetmə aparatının Əməliyyat modelinin inkişafı və tənzimlənmə departamentinin Biznes proseslərinin təhlili və rəqəmsallaşma şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. 21.04.2025-11.01.2026-cı İllərdə Biznes proseslərinin təhlili və analitika departamentinin rəisi vəzifəsini icra edib. 12.01.2026-cı ildən etibarən isə İT və Rəqəmsallaşma departamentinin rəisi vəzifəsində çalışıb.

Tanınmış keçmiş hakimin VƏZİFƏLİ OĞLU 39 YAŞINDA ÖLDÜ - FOTO

Paylaş: