Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Bu gecə qədim bir sivilizasiya məhv olacaq"

07.04.2026 16:28

Bu gecə bütöv sivilizasiya məhv olacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.

Tramp İranı nəzərdə tutaraq qeyd edib ki, o bir daha bərpa olunmayacaq.

“Bütöv sivilizasiya bu gecə öləcək və heç vaxt geri qayıtmayacaq. Mən bunu istəmirəm, amma bu, bəlkə də baş verəcək. Buna baxmayaraq, hazırda tam bir rejim dəyişikliyi var. Hansı ki, orada daha fərqli, daha ağıllı və daha az radikal zehniyyətlilər üstünlük təşkil edir. Bəlkə də inqilabi dərəcədə gözəl nəsə baş verə bilər, kim bilir?”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, bu gecə dünya tarixinin ən mühüm anlarından biridir: “Biz bu gün – dünyanın tarixinin ən mühüm anlarından birində bunu öyrənəcəyik. Nəhayət ki, 47 illik zorbalıq, korrupsiya və ölüm bitəcək. Tanrı böyük İran xalqını qorusun”.

Paylaş: