Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə 24 il sonra dünya çempionatında! - FOTO - VİDEO

01.04.2026 10:22

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.

Primeinfo.az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.

Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib.

Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.

Bu gecə həmçinin İsveç Polşanı üstələyib. Çexiya Danimarkanı, Bosniya və Herseqovina isə İtaliyanı penaltilər seriyasında məğlub edib.

Ümumilikdə Türkiyə, İsveç, Çexiya və Bosniya və Herseqovina DÇ-2026-nın final mərhələsinə adlayıblar.

31 mart

DÇ-2026, pley-off mərhələsinin final oyunları

22:45. Kosovo – Türkiyə – 0:1

Qol: Aktürkoğlu, 53

Priştina, Kosovo

22:45. İsveç – Polşa – 3:2

Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 – Zalevski, 33, Sviderski, 55

Solna, İsveç

22:45. Bosniya və Herseqovina – İtaliya – 1:1, Penaltilər seriyası – 4:1

Qollar: Tabakoviç, 79 – Kin, 15

Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)

Zenitsa, Bosniya və Hersoqovina

22:45. Çexiya – Danimarka – 1:1, Penaltilər seriyası – 3:1

Qollar: Sulç, 3 – Andersen, 72

Praqa, Çexiya

Qeyd edək ki, Dünya Çempionatının final mrəhələsi iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Paylaş: