Xəbər axtarın

Son axtarış nəticələri:

Zaur Əliyev nazir müavini təyin edildi

07.04.2026 21:12

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin keçmiş İdarə Heyətinin sədri Zaur Əliyevə yüksək vəzifə verilib.

Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, o, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Qeyd edək ki, Zaur Əliyev eyni zamanda Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

Paylaş: