Xəbər axtarın

Son axtarış nəticələri:

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olub, vəziyyəti ağırdır

16.11.2025 16:40

Bu gün saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Primeinfo.az-ın məlumatına görə, pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

Paylaş: