Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu İrandan çıxarılır - Prezidentdən TAPŞIRIQ - YENİLƏNİB

06.03.2026 14:23

Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verilib.

“Bu, həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğa aiddir. Hazırda bu istiqamətdə iş aparılır, müvafiq tapşırıqlar verilib. Həm Tehrandakı səfirlik, həm də Təbrizdəki Baş konsulluğun heyətinin təxliyəsi üçün tapşırıqlar verilib. Hazırda bu tapşırıqlar icra səviyyəsindədir. Hadisələrin inkişafının bu fonunda biz insanlarımızın həyatını risk altına ata bilmərik. Bundan sonra proseslər diqqətlə izləniləcək. Dron hücumları ilə bağlı İran tərəfdən aparılan araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq, növbəti addımlar atılacaq, qərarlar veriləcək”, – Ceyhun Bayramov qeyd edib.

***

13:40

“Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır”.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib.

“Bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa şamildir. Hazırda bu istiqamətdə iş aparılır”.

Paylaş: