Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Limanının direktor müavini vəzifəsindən ayrıldı

06.01.2026 20:39

“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktor müavini Söhrab İsmayılov işdən çıxıb.

Primeinfo.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov müvafiq əmr imzalayıb.

Əmrə görə, Söhrab İsmayılov bu gün vəzifəsindən azad edilib.

Qeyd edək ki, Söhrab İsmayılov 2021-ci ildən Bakı Limanında müavin vəzifəsində çalışırdı.

O, limanın maliyyə, kadr siyasəti, SƏTƏM, nəqliyyat və sair sahələrinə cavabdeh idi.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat Xidmətindən münasibət bildirilib ki, Söhrab İsmayılov öz ərizəsi ilə işdən ayrılıb.

Paylaş: