Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

07.01.2026 14:12

Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş. Görüşün məqsədi Çernomorsk və Qax arasında əlaqələrin yenilənməsi və Ukrayna ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın genişləndirilməsidir”, – diplomat yazıb.

Paylaş: