Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda güclü külək 19 ağacı qırdı - FOTO

04.02.2026 11:16


Ötən gün axşamdan səhərədək davam edən güclü külək nəticəsində 19 ağac qırılıb, 15 ağacın budaqları sınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır.

Sınan ağaclar və qırılan budaqlar Birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.

Paylaş: