Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov İtaliya Senatının Prezidenti ilə görüşüb - FOTO

26.11.2025 21:21

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində ölkə Senatının Prezidenti İqnatsio La Russa ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə nazir özünün “X” hesabında məlumat paylaşıb.

“İtaliyaya rəsmi səfərim çərçivəsində İtaliya Senatının Prezidenti İqnatsio La Russa ilə görüşməkdən məmnun oldum.

Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin və daimi siyasi dialoqun həlledici rolunu qeyd etdik.

Parlament diplomatiyasının əhəmiyyətini nəzərə alaraq həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional parlament platformaları çərçivəsində əməkdaşlığı gücləndirməyin son dərəcə vacib olduğunu vurğuladım”, – nazir qeyd edib.

Paylaş: