
“Qarabağda böyük inkişaf var və bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyinin göstəricisidir”.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan səfərdən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
O qeyd edib ki, Qarabağ zəfəri təkcə Azərbaycanın deyil, türk dünyasının qələbəsidir:
“Biz “Türkiyə sona qədər Azərbaycanın yanındadır” dedik və sözümüzün üstündə durduq”.
Ərdoğan Azərbaycanda qarşılaşdığı həmişəki səmimi qonaqpərvərliyə görə İlham Əliyevə və xalqa təşəkkür edib.