Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB - FOTO - VİDEO

06.04.2026 11:09

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə aprelin 6-da rəsmi qarşılanma mərasimi olub.

Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

10:05

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da Gürcüstana dövlət səfərinə gedib.

Primeinfo.az xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili və digər rəsmi şəxslər qarşılayıblar.

 

Paylaş: