Xəbər axtarın

Son axtarış nəticələri:

İmişlidə toyda kütləvi zəhərlənmə: 18 nəfər xəstəxanaya aparılıb

24.09.2025 17:49


İmişli rayonunda kütləvi zəhərlənmə olub.

Primeinfo.az xəbər verir ki, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.

Aralarında azyaşlılar da olmaqla 18 nəfər zəhərlənmə şübhəsi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata əsasən, onlar kənddə keçirilən toy mərasimində zəhərləniblər.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: