Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbulda İsrail Konsulluğunun yaxınlığında ATIŞMA: 2 nəfər ölüb, 2 polis yaralanıb - FOTO - VİDEO

07.04.2026 14:39

 

Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib.

O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.

Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.

***

14:06

İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada silahlılardan ikisi öldürülüb.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, daha bir silahlı isə yaralı halda ələ keçirilib.

Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.

Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.

***

13:58

IMG_9301

 

 

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib.

Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.

 

Paylaş: