
Daşkəsən rayonunun keçmiş icra başçısı, eks-deputat Əhəd Abıyev qardaşının ölüm xəbərinə münasibət bildirib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlama verən Ə.Abıyev qardaşının hazırda ev şəraitində müalicəsini davam etdirdiyini söyləyib:
“Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb.
Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar”.