Xəbər axtarın

Son axtarış nəticələri:

Kolumbiyada hərbi uçaq qəzaya uğradı: 66 nəfər öldü – VİDEO

24.03.2026 13:34

Martın 23-də Kolumbiyada hərbi uçaq qəzaya uğrayıb. 66 nəfər həlak olub, dörd nəfər itkin düşüb.

Primeinfo.az xəbər verir ki, təyyarədəki 128 nəfərin 11-i Hava Qüvvələri üzvləri, 115-i hərbçilər, ikisi polis zabiti olub.

“LMT.N Hercules C-130” nəqliyyat təyyarəsi Peru ilə sərhəddə yerləşən Puerto Leqisamodan qalxarkən qəzaya düşüb. Təyyarədə yanğın başlayıb, göyərtəsindəki bəzi partlayıcı qurğular partlayıb.

Hərbi maşınlar sonradan hadisə yerinə çatıb. Rəsmi qurumlar qəzanın baş verdiyi ərazinin çətin relyefdə yerləşdiyini, bunun da xilasetmə işlərini çətinləşdirdiyini deyirlər.
57 nəfər xəstəxanaya yerləşdirilib, 30-nun vəziyyəti ağır deyil.

 

Paylaş: