Xəbər axtarın

Son axtarış nəticələri:

Nazir: “STEAM növbəti tədris ilindən ayrı bir fənn kimi keçirilə bilər”

17.11.2025 12:14


“STEAM-in növbəti tədris ilindən başlayaraq ayrı bir fənn kimi tədrisi planlaşdırılır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2025) deyib.

“Bu, Qarabağ Universitetində, Xankəndi şəhərində olacaq. SAF 500 mindən çox məktəblini əhatə edir və tədricən hər il genişlənməkdədir. Ölkənin 21 bölgəsində TEAM mərkəzləri fəaliyyət göstərir. İlkin baxışda bu, əyləncəli, oyunabənzər fəaliyyət kimi görünsə də, əslində mahiyyət işin arxasında dayanır. Robotları idarə etmək, layihələri formalaşdırmaq və s. – bunların hamısı riyazi-həndəsi bilik tələb edir”.

Nazirin fikrincə, bu, Azərhaycan təhsilinin aparıcı məzmununa çevriləcək: “Bu gün öyrənilən bilik və bacarıqlar mühümdür, ölkəmizə töhfə verəcək”.

Paylaş: